Dilinizi seçin

Dilinizi seçin

Mədəniyyət

Azərbaycan xalqının əski adət-ənənələrindən biri də toydur. Toy hazırlıqlarının əsas mərhələsini dəvətnamələrin hazırlanıb paylanması təşkil edir. Əvvəllər toy dəvətnamələri yüzlərlə çap edilib, qonaqlara tək-tək çatdırılırdı. İndi isə bu mərhələ yeni bir forma alıb, onlayn dəvətnamələr yaranıb. İnsanlar  "sms" ,"whatsapp" vasitəsilə toya dəvət olunurlar.

Onlayn dəvətnamələrlə bağlı sosioloq Lalə Mehralı Crossmedia.az-a açıqlama verib. Sosioloq onlayn dəvətnamələrin üstünlüklərini qeyd edib:
"Yenilik, yeni ideyaların yaranması və tətbiqi hər zaman təhlükəli deyil, bəzən həyat qurtarır, vaxtımıza qənaət etmək üçün əvəzedilməz üsul olur. Bu yeniliklərdən biri də onlayn dəvətnamələrdir. Onlayn dəvətnamələr uzaq məsafədə yaşayan qonaqların dəvəti zamanı əlverişli üsuldur. Əvvəl var idi ki, kimsə ən əzizinin toyunun dəvətnaməsini xatirə kimi albomunda saxlayırdı. Belə yaxın insanlar, qohumlar üçün dəvətnamələri yazmaq olar amma, kütləvi dəvət üçün onlayn dəvətnamələrdən istifadə daha yaxşıdır. Həm təbiətə dəstək olmaq üçün, həmdə pulumuza qənaət üçün bir ədəd onlayn dəvətnamə hazırlatdırıb və kiçik bir məbləğ ödəyib 300 və ya daha çox sayda olan dəvətli qonaqlara  göndərərək büdcənizə qənaət etmiş olursunuz".
Zeynəb Mustafazadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il