Dilinizi seçin

Dilinizi seçin

Mədəniyyət

Array
(
    [0] => 1
    [1] => 5
)

İcazəniz yoxdur. İcazə problemi: core.edit

20 nəfərə küçə sənəti ilə məşğul olmaq hüququ verilib

Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsinin "Küçə sənətçiləri" layihəsi çərçivəsində növbəti seçim turu keçirilib.

Mədəniyyət Nazirliyi ilə birgə təşkil edilmiş mütəxəssis sənətşünaslardan ibarət münsiflər heyətində Əməkdar artist, Prezident mükafatçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, dosent İnarə Babayeva, Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev, Əməkdar rəssam Vüqar Əli, rejissor və aktyor Ceyhun Dadaşov yer alıb.

2 mərhələdən ibarət seçim turundan uğurla keçən 20 sənətçi layihənin növbəti 6 aylıq dövründə iştirak etmək hüququ qazanıb. Onların Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyi ilə birgə razılaşdırılmış xüsusi çıxış yerlərində sərbəst fəaliyyətinə şərait yaradılması üçün lazımi tədbirlər həyata keçirilib.

Qeyd edək ki, “Küçə sənətçiləri” layihəsi Dövlət Turizm Agentliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən yaradılan işçi qrupunun birgə fəaliyyəti ilə təkmilləşdirilmiş qaydalar əsasında yenidən təşkil olunub.

Məqalə ID-si: 3084

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il