Dilinizi seçin

Dilinizi seçin

Mədəniyyət

Array
(
    [0] => 1
    [1] => 5
)

İcazəniz yoxdur. İcazə problemi: core.edit

“Basqalı” rəqsi  “erməni şaloxosu” kimi: qeyri-peşəkarlıq, yoxsa…

Bildiyimiz kimi, ötən il noyabrın 3-də Gürcüstanın “1TV.GE” telekanalında yayımlanmış “Natalia & Datuna” şou proqramında Azərbaycanın Xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsi ilə müşayiət olunan mahnı “Somxuri şalaxo”- “erməni şalaxosu” kompozisiyası kimi təqdim olunub.

Bu il sentyabrın 14-də isə Gürcüstanın digər televiziya kanalı “İMEDİ”də yayımlanan “Çveni şou” proqramında da “Basqalı” Azərbaycan rəqsinə (musiqisinə) yazılmış və Dodona Namoradzenin ifa etdiyi mahnı yenə “erməni şaloxosu” adı altında təqdim olunub.

Müsahibimiz filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Hikmət Quliyevdir.
Hikmət Quliyev folklorun müxtəlif problemləri, o cümlədən, xalq mədəniyyətin psixoloji aspektləri ilə bağlı tədqiqatlar aparır.

Crossmedia.az bunu nəzərə alaraq Hikmət Quliyevə suallarını ünvanlayıb:

Gürcü kanalında “Basqalı” rəqsinin “erməni şalaxosu” kimi təqdim edilməsi, mədəni irsin yanlış anlaşılmasına və etnik gərginliyə yol aça bilər. Bu, həm də mədəniyyətlərarası qarşıdurmaların yaranmasına səbəb olur. Bu cür yanlış təqdimatların qarşısını almaq üçün mədəniyyətlərin düzgün tanıdılması üçün hansı strategiyalar tətbiq edilməlidir?

Folklorşünas alim öz açıqlamasında bildirib ki, əvvəla, etnik-milli dəyərlərin, maddi və yaxud qeyri-maddi mədəni irsin aid olduğu xalqa deyil, başqasına şamil edilməsi istər hüquqi, istərsə də humanitar dəyərlər baxımından yolverilməzdir. Çünki hər bir xalqın tarixən keçdiyi fərqli inkişaf yolu, etnik, mədəni identikliyini şərtləndirən amillər, eləcə də, milli kimliyini göstərən mədəni müəyyənlik göstəricilədi vardır.  

Ekspert həmçinin qeyd edib ki, gürcü kanalında “Basqalı” rəqsinin “erməni şalaxosu” kimi təqdim edilməsində iki qabarıq səbəbi fərqləndirə bilərik:

“İlkin olaraq burada qeyri-peşəkarlıqdan, informasiyanı təqdim edən şəxsin məsələni dərindən araşdırmamasından irəli gələn səhv baş verə bilər. Bu, sırf qeyri-peşəkarlıqdan qaynaqlanan məsələdir. Lakin burada qərəzli, siyasi məqsədlərə xidmət edən məqamlar da ola bilər ki, bu da istisna olunmur. Belə olduqda, şübhəsiz ki, etnik gərginlik, mədəniyyətlərarası toqquşma, bunların davamı olaraq isə, siyasi gərginlik yarana bilər.”
Mütəxəssis bu tip vəziyyətlərin qarşısının alınması ilə bağlı mədəni strategiyaya, burada bir neçə istiqamətdə işlərin görülməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, ilk növbədə etnik-milli mədəni dəyərlərin qorunması, araşdırılması, təbliği və gələcək nəsillərə ötürülməsi vacib amildir. Bu mədəni sahiblikdir. Belə olduğu halda, sən öz dəyərlərinə bütün dövrlərdə sahib çıxırsan. Yəni hər hansı bir adət-ənənənin, etnoqrafik faktın min illərdən gələn tarixi keçmişi vardır. Xalq onu özünün canlı həyatında yaşada, müasir dövrə daşıya bilmirsə, onların unudulması və yaxud başqaları tərəfindən mənimsənilməsi baş verə bilər. Deməli, birinci şərt etnik-milli mədəni dəyərlərin, mədəni irsin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsidir. Bundan ötrü müxtəlif işlər görülə bilər. Məsələn, mədəni irsə məxsus müxtəlif elementlər müasir texnoloji imkanlar, multimedia resursarı vasitəsilə rəqəmsallaşdırla və vizuallaşdırıla bilər. Müxtəlif sosial media platformalarında təbliğ oluna və reaktuallaşdırıla bilər:

"Təbii ki, mədəni irsin və milli identikliyin qorunması üçün bu gün dünyada həm də hüquqi prosedurlar, məsul qurumlar da mövcuddur. Bu sahədə ən böyük təşkilar UNESCO-dur. Bu günə qədər bizə məxsus olan bir sıra milli yeməklər, bayramlar, milli sənətlər UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezantativ siyahısına daxil edilib".

Alim onu da əlavə edib ki , milli-mədəni dəyərlərin qorunması, təbliği, gələcək nəsillərə ötürülməsi fasiləsiz şəkildə həyata keçirilməli, bundan ötrü təkcə dövlətin deyil, özəl sektorun, vətəndaş cəmiyyətinin resursları səfərbər olunmalıdır. 

 Nəzrin Salmanova

Məqalə ID-si: 2628

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il