Dilinizi seçin

Dilinizi seçin

Mədəniyyət

Array
(
    [0] => 1
    [1] => 5
)

İcazəniz yoxdur. İcazə problemi: core.edit

Azərbaycanın qədim xalçaları İstanbulda sərgilənir

İstanbulda Azərbaycanın xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulovanın fərdi sərgisi açılıb. Sərgi Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində təşkil edilib.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının üzvü “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin təşkilatçılığı ilə açılan sərgidə Elnarə Rəsulovanın ideya müəllifi olduğu və dünyanın məşhur muzeylərində saxlanılan, Azərbaycanın 7 bölgəsinə aid qədim xalçaların replikaları, eləcə də sənətkara məxsus nadir xalçalar nümayiş etdirilir.

Elnarə Rəsulova Azərtac-a müsahibəsində sərgiyə yetmişdən artıq xalça ilə yanaşı, ölkəmizə məxsus qədim kələğayılar və muzey əhəmiyyətli tikmələrin surətlərini də təqdim etdiyini deyib: “Bu tikmələr sadəcə muzeylərdə sərgilənir. Elə buna görə də mən onları öz kolleksiyama ancaq surətini sala bilmişəm. Əsərlər arasında ilk dəfə ictimaiyyətə Laçında təqdim edilən, 2 il 4 aya ərsəyə gələn və Qarabağ Zəfərini əks etdirən “Ata vəsiyyəti – Oğul Zəfəri” və “Türkiyə-Azərbaycan” adlı xalçalar da yer alır. Burada əsas məqsəd “Bir millət, iki dövlət” olaraq addımlayan Türkiyə-Azərbaycan birliyinin ortaq mədəni irsini dünyaya nümayiş etdirməkdir. Eksponatlar arasında mənə məxsus 17-dən çox əsər var. Bunlar da dünya muzeylərində yer alan xalçaların replikalarıdır. Bəzi xalçalar natamam şəkildə, yəni toxunma ipləri ilə birlikdə sərgilənir. Bu, əsərin muzey surəti olmasından irəli gəldiyi kimi, həm də onun ərsəyə gəlməsində istifadə olunan ipin tərkibi və əl işi toxunması prosesini nümayiş etdirir”.

Hədəfinin türkdilli xalqlara məxsus xalçaları bir kolleksiyada toplayaraq ortaq mədəni irsimizi dünyaya nümayiş etdirmək olduğunu qeyd edən Elnarə Rəsulova deyib: “Bununla bağlı artıq dünyanın müxtəlif ölkələrində sərgilərimiz olub. Burada əsas məqsəd ermənilərin mənimsəməyə çalışdığı mədəni irsimizi dünyada tanıtmaqdır. Misal üçün, dünya muzeylərində yer alan və ermənilər tərəfindən mənimsənən Laçının “Qasımuşağı” çeşnilərinin əksini tapdığı xalçamız da əsərlər arasında yer alır və bunun Azərbaycanın mədəni irsi olduğu bildirilir.

Bunların arasında “Çələbi”, “Xətai” əjdəhalı xalçası kimi əsərlərimiz də var. Bu, bir növ mədəni irsimizin qorunması üçün mənim ermənilərə qarşı açdığım savaşdır. Dünya bu irsin Azərbaycana məxsus olduğunu bilməlidir” .

Sərgi ilə bağlı danışan təşkikatçı, “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kamalə Kamal isə dünyanın dörd bir yanından milyonlarla turistin ziyarət etdiyi İstanbulda belə bir tədbirin ərsəyə gəlməsində iştirak etdiyi üçün çox qürurlu olduğunu deyib: “Sərgi İstanbulun ən çox turistin gəldiyi Ortaköy rayonunda açılıb və artıq gördüyünüz kimi, türklərlə yanaşı, xarici vətəndaşların da böyük marağına səbəb olub. Azərbaycan mədəni irsinin dünyada tanıdılmasında bizim də bir payımızın olması azərbaycanlı olaraq qürurvericidir”.

Tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, İstanbulun tarixi Beşiktaş Kütheda Hamamı Mədəniyyət Mərkəzində açılan sərgidə nümayiş olunan əsərlər arasında XVII əsrə aid xalçalar da yer alır.

Məqalə ID-si: 3005

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il