Dilinizi seçin

Dilinizi seçin

Mədəniyyət

Array
(
    [0] => 1
    [1] => 5
)

İcazəniz yoxdur. İcazə problemi: core.edit

Azərbaycanın caz qrupu Vyanada çıxış edib

Müasir Azərbaycan caz səhnəsinin tanınmış qruplarından biri olan “H3 Collective” Vyanada konsert proqramları ilə çıxış edib.

Vyananın ”Frau Mayer” və “Porgy & Bess” kimi tanınmış caz klublarında keçirilən konsertlər Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşıb. Layihənin media tərəfdaşı isə Avstriyanın aparıcı caz radiokanallarından biri olan “Superfly.fm“ olub.

Avstriyanın ən tanınmış caz klubu “Porgy & Bess”də keçirilən konsertdən öncə klubun rəhbəri Kristof Huber Azərbaycan Mədəniyyət Mərkəzinə uzun illərə söykənən əməkdaşlığa görə təşəkkür edib, özünəməxsus caz ənənələrinə malik Azərbaycandan caz ifaçılarının bu klubun səhnəsində çıxışını yüksək qiymətləndirib.

Gənc truba ifaçısı Firudin Həmidovun təsis etdiyi caz kollektivi konsertlərdə “Fargly” albomunu da təqdim edib. Bildirilib ki, bu albom təxminən 6 il ərzində formalaşıb. Albom Azərbaycanda bir trubaçı tərəfindən yazılmış ilk caz albomudur. Albomun unikal cəhətlərindən biri də ifalarda Azərbaycan muğamı, caz elementləri və hip-hop ritimlərinin birləşməsidir. Konsertlərdə kollektiv öz repertuarına daxil olan “Yally”, “Emily”, “Nazly”, “Miss X”, “Xally”, “Fargly”, “I remember Roy” kompozisiyalarını, eləcə də müxtəlif Azərbaycan bəstəkarlarının əsərlərinə ithafən “In Bayatı-Kurd harmony” (Rafiq Babayev), “Motoroller” (Azər Dadaşov: “Yuxu” bədii filmi), “Bubbuly” (Rauf Hacıyev: “Əhməd haradadır?“ bədii filmi) və “Caucasus” (Vaqif Mustafazadə) kompozisiyaları yeni aranjemanda səsləndirilib. Maraqlı məqamlardan biri də budur ki, qrupun dinləyiciləri arasinda hər yaş kateqoriyasından insanlar var.

Konsertlərdə Firudin Həmidov (truba), Nicat Məmmədov (fleyta), Camal Bayramlı (saksafon), Nicat Paşazadə (bass-gitara), Nicat Aslanov və Nicat Məmmədli (hər ikisi keyboard), Nicat Həsənzadə və Həsən Bilalovun (hər ikisi zərb alətləri) ifaları sürəkli alqışlarla qarşılanıb, musiqi qrupu tamaşaçıların xahişi əsasında əlavə nömrələr ifa edib.

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində uzun illərdir yerli tərəfdaşlarla uğurlu əməkdaşlıq edir. Onların sırasında “Porgy & Bess“ caz klubu xüsusi çəkiyə malikdir və Avropanın tanınan caz klublarından biri olan bu məkanda indiyədək müasir Azərbaycan caz səhnəsinin tanınmış simaları konsert proqramları ilə çıxış edib.

Məqalə ID-si: 2441

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il