“Aşıq dastanları”nın ikinci cildi nəşrə hazırlanır
Array
(
[0] => 1
[1] => 5
)
İcazəniz yoxdur. İcazə problemi: core.edit
“Aşıq dastanları”nın ikinci cildi nəşrə hazırlanır
Azərbaycan Aşıqlar Birliyinin (AAB) son illərdə həyata keçirdiyi uğurlu layihələrdən olan “Aşıq dastanları” antologiyasının 2-ci cildi üzərində iş yekunlaşmaq üzrədir. Kitabın elmi redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlıdır.
AAB-nin katibi Musa Nəbioğlu bildirib ki, antologiyanın bu cildində “Əsli və Kərəm”, “Yetim Aydın”, “Qul Mahmud və Nigar xanım”, “Məsum və Diləfruz”, “Alı xan və Pəri”, “Məhəmməd və Güləndam”, “Nəcəf və Pərizad”, “Şahzadə Əbülfəz”, “Səyyad və Səadət”, “Abdulla və Cahan” və “Aşıq Hüseyn və Reyhan xanım” dastanları yer alacaq.
Onun sözlərinə görə, bu dastanların hamısı professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişində geniş ictimaiyyətə təqdim olunub, sonra isə aşıqların dilindən yazıya alınaraq kitaba daxil edilib. Birinci cilddə olduğu kimi, bu cildin hazırlanmasında da əsas məqsəd aşıq dastanlarının çağdaş aşıqların repertuarında geniş yer tutmasına çalışmaq, dastanlarımıza bir növ yeni həyat, yeni nəfəs gətirməkdir.
Kitabı professorlar Məhərrəm Qasımlı və Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və dosent Altay Məmmədli nəşrə hazırlayıblar. Antologiyanın redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.
Antologiyanın bu ilin payızında elmi ictimaiyyətə və geniş oxucu kütləsinə təqdim olunması nəzərdə tutulur.
Məqalə ID-si: 2518