Dilinizi seçin

Dilinizi seçin

Gündəm

Konstitusiyanın 68-ci maddəsinə görə, impiçment təklifi deputatların onda biri, yəni seçilmiş parlamentin 58 üzvü tərəfindən imzalandıqda, irəli sürülə bilər. Prosedur daha sonra təklifin məqbul olub-olmadığını yoxlayacaq Milli Assambleyanın Bürosundan keçməlidir. M.Barnierin namizədliyini nə uzaq solçular, nə də sağçılar bəyənib. 25 yaşlı Attalı 73 yaşlı Barnierlə əvəzlənib və o, Fransanın indiyə qədər bu posta gətirilən ən yaşlı baş nazirdir. Yerli ekspertlərin qənaətincə, Barnierin baş nazir təyin olunması parlamenti idarəolunmaz hala gətirəcək. Sağçıların nümayəndəsi Le Pen artıq onun nümayəndələrinin yeni hökumətin tərkibinə daxil edilməyəcəyini bəyan edib.

Xatırladaq ki, iyulun 16-da Fransa prezidenti Emmanuel Makron baş nazir Qabriel Attal və hökumətinin istefasını qəbul edib. Dünən isə Fransanın yeni baş naziri vəzifəsinə keçmiş xarici işlər naziri Mişel Barnier təyin edilib. Beləliklə, 50 gündən çox sürən gözləntidən sonra prezident Emmanuel Makron siyasi solun tələb etdiyi kimi, baş nazir təyin etdi. O, sağçı Respublikaçılar (LR) partiyasına mənsubdur. Barnier bir neçə hökumət kabinəsində - prezidentlər Fransua Mitteran, Jak Şirak və Nikola Sarkozinin dövründə nazir vəzifəsində çalışıb. 2019-cu ildə Aİ nümayəndəsi kimi o, Böyük Britaniya hökuməti ilə Brexit üzrə danışıqlar aparıb. Xatırladaq ki, bu, Emmanuel Makronun ikinci prezidentlik müddətində təyinat alan dördüncü baş nazirdir.

Bəs yeni baş nazir Makron hökumətini bu biabırçılıqlardan qurtara biləcəkmi? İnandırıcı səslənmir. Məsələ ondadır ki, Barnier də əvvəlki baş nazirlər kimi, erməni lobbisinin təsiri altındadır və onlardan maliyyələşir. Ölkələrin ərazi bütövlüyü və suverenliyi onun üçün əhəmiyyət kəsb etmir. Məsələn, “Report”un əldə etdiyi məlumata görə, Fransanın yeni təyin edilən baş naziri 2021-ci ildə Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib. O zaman M.Barnier Fransada prezidentliyə namizəd Valeri Pekreslə birgə işğal altında olan Azərbaycan ərazilərində erməni separatçılarının yerləşdiyi bölgələrdə olub. Səfər 2021-ci il dekabrın 21-23-də baş tutub. Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər edən M.Barnier V.Pekresin Azərbaycana qarşı bəyanatlarına şərik olub. Belə ki, Qarabağ bölgəsinə qanunsuz səfər edənlər Azərbaycandan səfirin geri çağırılmalı olduğunu və rəsmi Bakıya qarşı sanksiyaların tətbiq edilməsinə çağırıblar.

M.Barnierin bundan əvvəlki mövqeyi və hərəkətlərini nəzərə alsaq, ehtimal etmək olar ki, Makron kimi anti-Azərbaycan mövqeli prezidentin bu qərarı iki ölkə arasında münasibətləri daha aşağı səviyyəyə endirəcək.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il