Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında 50 nəfər Qarabağ Universitetində mövcud olan vakansiyalar üzrə işlə təmin edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Bildirilib ki, həmin şəxslərin bir hissəsi hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Daha bir qrup şəxsin də ali təhsil ocağında məşğulluğunun təminatı üçün birgə iş aparılır.
Qeyd edək ki, Qarabağ Universiteti bu günlərdə Şuşada təşkil olunan ilk əmək yarmarkasında da iştirak edərək, təhsil ocağında mövcud vakansiyaları təqdim edib.