Mina terroruna görə məsuliyyət daşıyan şəxslər məsuliyyətə cəlb edilməlidirlər.
Bunu Milli Məclisin deputatı Fazil Mustafa "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilən dəyirmi masada deyib.
O qeyd edib ki, bu reallaşdırılsa, dünya üçün də nümunə olar: "Mina terrorundan əziyyət çəkən insanlar üçün sığorta mexanizmləri müəyyən edilməlidir. Onların yalnız tibbi-psixoloji deyil, maddi yardıma da ehtiyacı var.
Elə insanlar var ki, onlar məsuliyyətsizlikdən, diqqətsizlikdən yox, öz işini, vəzifəsini həyata keçirərkən bədbəxt hadisə nəticəsində mina qurbanı olub, xəsarət alıb. Həmin şəxslərə yardım üçün təkliflər, qanunvericilikdə dəyişikliklər olmalıdır.
Dəyirmi masada bu istiqamətdə səsləndiriləcək təkliflərin parlamentə təqdim edilməsi effektiv ola bilər".