11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qızlar Günü elan edilib.
Bu günün qeyd edilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
Beynəlxalq Qızlar Günü ilə bağlı qərar 2011-ci il dekabr ayında verilib. Amma ilk dəfə 2012-ci il oktyabrın 11-də qeyd edilib.
Bu gün Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nigahlarına həsr olunub.
Beynəlxalq statistikaya görə, dünyada orta hesabla hər üç qızdan biri 18 yaşına çatmamış ərə gedib.
18 yaşına çatmamış qızların nikahı əsas insan haqlarının pozulması hesab olunurr və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nikahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən əl çəkməyə məcbur edir.
Maraqlıdır, Azərbaycanda 14 yaşadək qız uşaqlarının sayı nə qədərdir?
Modern.az Dövlət Statistika Komitəsidən əldə etdiyi məlumata görə, 2024-cü il yanvarın 1-i vəziyyətinə ölkəmizdə 14 yaşadək qız uşaqlarının sayı 1.010.700 nəfər qeydə alınıb.
Komitənin məlumatına görə, bu ilin yanvar-avqust ayları ərzində ölkədə 112 min, yaxud hər gün orta hesabla 461 körpə dünyaya göz açıb. Doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarından ibarət olub. Körpələrin 2 min 288-i əkiz, 99-u üçəm, 4-ü isə dördəm doğulanlardır.