Dilinizi seçin

Dilinizi seçin

Gündəm

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terroruna göz yummamalıdır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində edilən paylaşımda deyilir.

"Ermənistanın minalardan istifadə etməklə davam edən terroru nəticəsində bu gün Qazaxda minanın partlamasından sonra daha bir Azərbaycan vətəndaşı yaralanıb", - deyə paylaşımda bildirilir.

Qeyd edilir ki, 2020-ci ildən indiyədək 381 nəfərin mina qurbanı olmasına, keçmiş münaqişənin sona çatmasına baxmayaraq, Ermənistan müvafiq mina xəritələrini təqdim etməkdən imtina etməkdə davam edir ki, bu da ölkənin sülh və münasibətlərin normallaşması prosesində iştirakı məsələsi ilə ziddiyyət təşkil edir.

"Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terroruna göz yummamalıdır", - deyə paylaşımda bildirilib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il