Türkiyə Milli Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb.
MN-in bəyanatında deyilir:
““İki dövlət, bir millət” şüarı ilə bir olduğumuz azərbaycanlı qardaşlarımızın 20 sentyabr - Suverenlik Gününü bir daha təbrik edir, qəhrəman Azərbaycan ordusunun işğal altında olan torpaqlarını azad etmək üçün başlatdığı və 44 gün davam edən Vətən Müharibəsinin dördüncü ildönümünü və 27 sentyabr - Şəhidlərin Anım Günü münasibəti ilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qəhrəman qazilərimizə minnətdarlığımızı bildiririk”.