"Qazaxıstan Ermənistan və Azərbaycanın sülh müqaviləsinin bağlanmasına yönəlmiş addımlarını alqışlayır".
Bunu MDB Dövlət Başçıları Şurasının iclasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib.
"Qazaxıstan Azərbaycan və Ermənistanın sülh müqaviləsinin bağlanmasına yönəlmiş qarşılıqlı addımlarını alqışlayır, həmçinin Mərkəzi Asiya regionunda dövlətlərarası sərhədlərin müəyyən hissələrinin hüquqi qeydiyyatının başa çatdırılmasında əhəmiyyətli irəliləyişləri məmnunluqla qeyd edir", - deyə Kasım-Jomart Tokayev bildirib.