Bu gün VII çağırış Azərbaycan Respublikası Milli Məclisi öz işinə başlayır.
Crossmedia.az xəbər verir ki, 2024-cü il payız sessiyasında ilk iclası saat 11-00-də keçiriləcək.
Sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim ediləcək.
Qeyd edək ki, qanuna görə, hər bir deputata Azərbaycan Respublikası Milli Məclisi deputatının vəsiqəsi və döş nişanı verilir.
Deputatın vəsiqəsinin və döş nişanının təsviri və onlar haqqında əsasnamələr Milli Məclisin qərarı ilə təsdiq edilir.
İclasda, həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşacaq.
Qeyd edək ki, Milli Məclisin 15 komitəsi var. Ötən iclasa komitələrin sədrləri və sədr müavinləri seçilib.