Milli Məclisdə yeni komissiya yaradılır.
Crossmedia.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasının gündəliyinə daxil edilib.
İclasda xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya formalaşdırılacaq.