Dilinizi seçin

Dilinizi seçin

Geosiyasət

Meksikanın dünən səlahiyyətlərinin icrasına başlayan yeni Prezidenti Klaudiya Şeynbaum Pardo Azərbaycana təşəkkür edib.

Crossmedia.az  xəbər verir ki, o, bununla bağlı “X”dəki sosial şəbəkəsindəki hesabında Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla və digər ölkələrin rəsmiləri ilə görüşünü əks etdirən videoçarx paylaşıb.

Dövlət başçısı Azərbaycan da daxil olmaqla, 105 ölkənin nümayəndələrinə minnətdarlığını ifadə edib.

“Xarici siyasətimiz xalqların Konstitusiya yolu ilə öz müqəddəratını təyinetmə, daxili işlərə müdaxilə etməmək, mübahisələrin sülh yolu ilə həlli, inkişaf və dünya xalqları ilə qardaşlıq naminə beynəlxalq əməkdaşlıq kimi prinsiplərə riayət edəcək”, - Klaudiya Şeynbaum Pardo paylaşımda qeyd edib.

Qeyd edək ki, Klaudiya Şeynbaum oktyabrın 1-də rəsmi olaraq Meksika Prezidenti vəzifəsinin icrasına başlayıb.

Dünənki andiçmə mərasimi Meksikanın Respublika Konqresinin (ikipalatalı parlament) iclaslarının keçirildiyi San-Lasaro qanunverici Sarayında baş tutub.

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il