Dilinizi seçin

Dilinizi seçin

Geosiyasət

Bu gün Baş prokuror Kamran Əliyev Gürcüstanın Baş prokuroru Giorgi Qabitaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Crossmedia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Tbilisidə keçirilən 27-ci İllik Konfransı və Ümumi Yığıncağında iştirakı zamanı keçirilmiş görüşlərin iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına müsbət təsir etdiyini vurğulayaraq BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının Bakıda keçirilməsi mövcud münasibətləri daha da gücləndirəcəyini bildirib:

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror COP29-un dünyanın qorunmasına, qlobal problemlərin müzakirəsi və həlli yollarının araşdırılmasına böyük töhfə verəcək"

Gürcüstanın Baş prokuroru Giorgi Qabitaşvili prokurorluq orqanlarında həyata keçirilən islahatları və iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.

Sonda Kamran Əliyev Gürcüstanın Baş prokurorunu cari il noyabrın 15-də BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi ilə birlikdə (UNODC) Bakıda keçiriləcək yüksək səviyyəli plenar iclasına dəvət edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il