Dilinizi seçin

Dilinizi seçin

Geosiyasət

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Crossmedia. az xəbər verir ki, bu barədə Baş Prokurluğun Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə,  Azərbaycanın baş prokuroru Kamran Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Ədliyyə Nazirliyinin Dövlət naziri Tesfaye Wakjiranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İlk öncə Tesfaye Vakjiranı ötən ilin dekbar ayında vəzifəyə təyin olunması münasibətilə təbrik edən K.Əliyev Qoşulmama Hərəkatı təşkilatı çərçivəsində Efiopiya ilə əməkdaşlığın yüksək səviyyəyə çatdığını və münasibətlərin gündən günə möhkəmləndiyini qeyd edib.

Ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan K.Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror, belə beynəlxalq tədbirlərin dünya ölkələri arasında birliyin möhkəmlənməsinə böyük töhfə verdiyini diqqətə çatdırıb.

K.Əliyev Efiopiyalı həmkarını noyabrın 15-də Azərbaycan Respublikası Baş Prokurorluğu ilə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (UNODC) Bakıda keçiriləcək yüksək səviyyəli plenar iclasına dəvət edib.

K.Əliyev iki ölkənin prokurorluq və ədliyyə orqanları arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətindən, ölkələrimizin “ASAN xidmət” konsepsiya çərçivəsində gördüyü işlərin mövcud qarşılıqlı münasibətlərin inkişafına müsbət təsirindən danışıb.

Nümayəndə heyətinin rəhbəri səmimi qəbula görə minnətdarlığını ifadə edərək iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafı üçün əlverişli səmimi mühitin olduğunu qeyd edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il