Dilinizi seçin

Dilinizi seçin

Geosiyasət

Azərbaycana qarşı sanksiya tətbiq etmək cəhdləri bizim üçün yeni deyil. ABŞ 90-cı illərdə də Azərbaycanın əl-qolunu bağlamaq məqsədilə bu addımı atıb.

Trend xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, əgər 90-cı illərdə ölkəmizə qarşı tətbiq edilən sanksiya bizi sarsıda bilmədisə, əksinə daha qüvvətləndiksə, bu gün güclü Azərbaycan üçün tətbiq edilən sanksiyaların heç biri nəticəsi olmayacaq.

“Hesab edirəm ki, son tarix, qazandığımız zəfər Ermənistan üçün ağıllı dərs olmayıb. Azərbaycan bütün dövlətlərlə sülh modelində çalışmaq niyyətindədir. Azərbaycanı nə sanksiya, nə də hansısa təhdidlərlə yolundan döndərmək mümkün olmayacaq”, - deyə Ə.Əhmədov əlavə edib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il