Dilinizi seçin

Dilinizi seçin

Geosiyasət

Rusiya-Ukrayna müharibəsi təkcə regional deyil, qlobal təsirlərini də göstərdi.

Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, müharibədən qazanclı tərəflər olsa da, uduzan tərəf Avropa oldu: "Azərbaycan geosiyasətin əsas oyunçusuna çevrilib. Ermənistan Rusiya ilə məsafə saxlayaraq Qərbə meyl edir. Mərkəzi Asiya dövlətləri isə daha çoxşaxəli siyasət yürütməyə can atır. Bütün bunlar Azərbaycan üçün imkanlar vəd edir. Lakin üç Cənubi Qafqaz ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistan arasında koordinasiya demək olar, yoxdur".

Deputatın sözlərinə görə, hər bir xarici siyasətin əsası balanslaşmanın formalaşdırılması olmalıdır: "Azərbaycan regional balansı formalaşdıra bilir və imkanlardan yaxşı istifadə edir. Rəsmi Bakı xarici siyasətdə Cənubi Qafqaz, Xəzər və Mərkəzi Asiya regionunu əhatə etməyə çalışır. Xatırlayaq ki, Qazaxıstanla birlikdə hərbi təlimlər keçirildi və Özbəkistanla keçirilməsi də nəzərdə tutulur".

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il