Dilinizi seçin

Dilinizi seçin

Geosiyasət

Azərbaycanın Baş naziri Əli Əsədov Belarusa rəsmi səfəri çərçivəsində bu ölkədə yaşayan Azərbaycanın belarus əsilli milli qəhramanı Anatoli Davidoviçin anası Kima Andreyevnanın yaşayışı, səhhəti ilə maraqlanıb.

Crossmedia.az xəbər verir ki, bu barədə  Nazirlər Kabinetindən məlumat verilib.

Azərbaycanın Ali rəhbərliyi adından hədiyyələr və yardım milli qəhrəmanın anasına çatdırılıb.

Kima Andreyeva Azərbaycan xalqına, dövlətinə, Ali rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Anatoli Davidoviç 1965-ci ildə Belarus Respublikasının Slutsk şəhərində doğulub. 1992-ci ilin iyununadək SSRİ, sonra Rusiya Silahlı Qüvvəlarində xidmət etmişdir. Mayor rütbəsinədək yüksələn Anatoli 1992-ci ilin iyunundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. O, N saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. Dərin biliyə malik olan belorusiyalı zabit Azərbaycan Silahlı Qüvvələrinin möhkəmlənməsinə böyük töhfələr verib, topçu mütəxəssislər hazırlanmasında özünün bilik və təcrübəsini əsirgəmiyib.

1992-ci il iyunun 9-da, Ağdam istiqamətində gedən ağır döyüşlərdə başından yaralanır. Həkimlərin səylərinə baxmayaraq 1992-ci il iyunun 13-də Bakı şəhər Mərkəzi Hospitalında dünyasını dəyişir. Onun qəbiri Belarus Respublikasının Sulutsk şəhərindədir.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviçə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il