Select your language

Select your language

Sosioloji

Array
(
    [0] => 1
    [1] => 5
)

İcazəniz yoxdur. İcazə problemi: core.edit

İctimai birlik sədrindən SOS:”Bölgələrdə məişət tullantılarının tədarük məntəqələri…”

“Plastik tullantılarla bağlı vəziyyət ölkəmizdə də acınacaqlıdır. Bölgələrdə məişət tullantılarının idarəolunması sahəsində durum daha da pisdir”.

Bunu “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Crossmedia.az-a açıqlamasında bildirib. 
Birlik sədri qeyd edib ki, müasir dünyada ətraf mühiti çirkləndirən əsas amillərdən biri plastik tullantılardır. Dünya okeanlarına atılan tullantıların 90 faizi məhz plastik tullantıların payına düşür. Təqribi hesablamalara görə, hər il okeanlara 150 ton plastik məişət tullantısı atılır. Okeanlarda hətta böyük tullantı adaları əmələ gəlib. Hazırda 5 belə ada var. Onlardan 2-si Sakit, 2-si Atlantik, 1-i Hind okeanındadır. Plastik tullantılar vəhşi heyvan və quşların, balıqların ölümünə də səbəb olur. Hər il milyonlarla dəniz canlısı plastik tullantılar səbəbindən tələf olur. 
E.Cəfərli deyib ki, ekspetlərin hesablamalarına görə, plastik qablar təbiətdə, torpağın altında gec çürüyür, nəticədə ekosistemə ciddi zərər vurur. Plastik tullantılar təbiətdə 100 illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Plastik və polietilen məhsulların torpaqda parçalanaraq yox olmasından ötrü 800 il lazımdır. Bu prosesin dənizdə baş verməsi üçün isə 400 il vaxt lazım gəlir. Həmçinin yarım əsrdən sonra da plastik məhlul torpağa qarışaraq onu çirkləndirməyə davam edir:”Plastik qablar hər il 120 milyon ton əlavə tullantının yaranmasına səbəb olur. Araşdırmalar göstərir ki, XX əsrin ortalarında qlobal miqyasda təxminən 1,5 milyon ton plastik istehsal olunub. Həmin göstərici 1990-cı ildə 100 milyon tona çatıb. 2015-ci ilə qədər isə bu rəqəm 3 dəfədən çox artıb. Alimlərin hesablamalarına əsasən, hazırda hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur”. 
Birlik sədrinin fikrincə, dünyanın bir sıra ölkələrində olduğu kimi, plastik tullantılarla bağlı durum ölkəmizdə yaxşı deyil. Belə ki, bir müddət öncə iri supemarketlər sellofan torbaların sayını azaltmaq üçün onları müştərilərə pulla təklif etməyə başlayıb. Lakin bu, problemin həllinə gətirib çıxarmayıb. Bakıda bərk məişət tullantılarının çeşidlənməsi müəssisəi işə başlayandan sonra isə bu sahədə az da olsa, nizam-intizam yaranıb. Artıq məşiət tullantıları hara gəldi atılmır. Lakin hələ də küçə və həyətlərdə, ağacların budaqlarında sellofan torbalar uçuşur:”Bölgələrdə məişət tullantılarının tədarük məntəqələri olmadığından tullantıları hara gəldi atırlar. Bəzən çay yataqları, meşə sahələri, əkin sahələrinin yaxınlığında məişət tullantıları qalaqlanır”. 
E.Cəfərli hesab edir ki, hazırda plastik tullantılardan yaxa qurtarmağın yollarından biri təkrar istehsaldır:”Hazırda dünya ölkələrində plastik tullantıların yalnız 20 faizi təkrar emal olunur. Fikrimcə, yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur bölgələrində, Gəncəbasarda məşiət tullantıları müəssisələri yaradılmalıdır. Bu, həm məşiət tullantılarının, xüsusən plastik tullantıların təbiəti daha az çirkləndirməsinə səbəb olar, həm də yeni iş yerləri yaradılmış olar”.

Bahar Musayeva 

Məqalə ID-si: 1051

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il