Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Konfransında çıxış edib.
O bildirib ki, Azərbaycan Ombudsmanı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini həyata keçirərkən bu sahədə səlahiyyətli olan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir:
"Bizim bugünkü beynəlxalq əhəmiyyətli tədbirdə hakimiyyətin hər üç qolunun yüksək səviyyədə təmsil olunması məhz birgə uğurlu əməkdaşlığın bariz göstəricisidir”.
"Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşının təməl hüquqları uzun illər ərzində kobud şəkildə pozulmuş bir ölkənin Ombudsmanı olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin təminatçısı, keçmiş məcburi köçkünlərimizin öz tarixi ata-baba yurdlarına qayıtmalarına zəmin yaratmış, bununla da onların insan hüquqlarının təmininə nail olmuş ən böyük hüquq müdafiəçisi - Azərbaycan dövlətinin başçısı Zati-aliləri cənab İlham Əliyevə Beynəlxalq Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətə görə dərin minnətdarlığımı bildirirəm. Cənab Prezidentin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə etdiyi çağırışlar və tövsiyələr bu sahədə gələcək fəaliyyətimizin əsas prioritet istiqamətləri olacaqdır", - Səbinə Əliyeva əlavə edib.