Select your language

Select your language

İqtisadiyyat

"YouTube" şirkətinin həmtəsisçisi Stiv Çen öz platformasını "Google"a satdığı üçün peşman deyil.

Bunu "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib.

"Şirkəti "Google"a satdığım üçün peşman deyiləm. "Google" olmasaydı, "YouTube" bu qədər populyar olmazdı. O vaxt biz pul itirirdik, illər lazım oldu ki, "YouTube" gəlirli olsun. "Google" onu satın alandan sonra inkişaf etdirməyə başladı, uzun illər "YouTube"dan pul qazana bilmədi. İnsanlar başa düşmür ki, hansı iş nə qədər çətindir, hamını xoşbəxt etmək nə qədər çətin məsələdir? Hazırda insanlar "YouTube"dan geniş istifadə edirlər, həzz alırlar. 3-4 yaşlı uşaqlar belə "YouTube"a baxır. Hazırda o, həm telefonda, həm də televiziyada çox populyardır. Kontentə baxsaq insanlar tam fərqli şeylərə baxırlar. Kontent insanlar kimi daim dəyişir", -deyə o qeyd edib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il