Select your language

Select your language

İqtisadiyyat

Array
(
    [0] => 1
    [1] => 5
)

İcazəniz yoxdur. İcazə problemi: core.edit

Son 23 ildə Azərbaycanın bərpa olunan yerüstü şirin su ehtiyatları 24 % azalıb

Azərbaycanın bərpa olunan yerüstü şirin su ehtiyatları 2000-2023-cü illər ərzində 5,6 milyard kubmetr və ya 24 % azalaraq 17,8 milyard kubmetrə düşüb.

Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.

Startegiyaya əsasən, yerüstü şirin su ehtiyatlarının 13,2 milyard kubmetri transsərhəd sularından, 4,6 milyard kubmetri isə yerli çay axınlarından formalaşır.

Hesabat dövründəki azalma 100 % transsərhəd sularının payına düşüb. Bununla belə 2020-2023-cü illərdə yerüstü şirin su ehtiyatlarında 3,9 milyard kubmetr və ya 28 %-lik artım qeydə alınıb. O cümlədən transsərhəd suları 40,4 %, yerli çay axınları 2,2 % artıb.

Azərbaycanın həmçinin 8,4 milyard kubmetr həcmində yeraltı şirin su ehtiyatı mövcuddur. Bununla da ölkənin bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetrə çatır.

Bildirilir ki, Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının təxminən 15 %-ni təşkil edir. Azərbaycanda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir.

Yerüstü su ehtiyatları, əsasən, çaylarda cəmlənib. Azərbaycanda ümumilikdə 8 359 çay vardır. Bunların əksəriyyəti kiçik (uzunluğu 5 km-dən az) və azsuludur. Azərbaycan ərazisinin təxminən 75 %-i Kür çayı hövzəsinə daxildir. Çay suları ehtiyatlarının təxminən 70 %-i qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axım) daxili çaylardan formalaşır. Quraqlıq illərində transsərhəd su ehtiyatlarının həcmində kəskin azalma müşahidə edilir. Eyni zamanda, Kür və Araz çaylarının su ehtiyatı qonşu ölkələrin ərazisində sugötürücü qurğularla mənimsənilmə nəticəsində xeyli səviyyədə azalır. Bu isə ölkədə suya tələbatın ödənilməsində ciddi çətinliklər yaradır.

Məqalə ID-si: 1638

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il