Select your language

Select your language

İqtisadiyyat

Çərşənbə günü səhər Londonun ICE birjasında qazın qiyməti min kubmetr üçün 460,6 dollara (+3%) qalxıb. Xarici KİV-in yaydığı məlumata görə, qaz bazarı İranın İsrailə qarşı kütləvi raket hücumuna mənfi reaksiya verib.

"Bunu ticarət məlumatları sübut edir. Moskva vaxtı ilə saat 9:14-ə olan məlumata görə, Hollandiyanın TTF qovşağında noyabr fyuçerslərinin qiyməti min kubmetr üçün 458,42 dollara qədər korrektə olunub",- Gazeta.ru yazıb.

Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti ölkənin hücuma məruz qalması barədə məlumat yayıb. TSAXAL İranın İsrailə kütləvi raket hücumuna başladığını elan edib. “The Jerusalem Post” qəzeti yazıb ki, əməliyyatlar zamanı İran tərəfi İsrail ərazisinə 400-ə yaxın raket zərbəsi endirib. Hücumun hədəflərindən biri də Təl-Əviv şəhəri olub.

News365.az

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il