Select your language

Select your language

İqtisadiyyat

“Azərbaycan qlobal iqtisadiyyatın bir hissəsidir”.

Crossmedia.az APA-ya istinadən xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü çərçivəsində “İqlim İmperativi – Yerli Fəaliyyətdən Qlobal Fəaliyyətə” panelində çıxışı zamanı Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

O bildirib ki, əslində qeyri-neft sektorunda bizim kənd təsərrüfatı mühüm rol oynayır:

“Keçən il bizdə quraqlıq oldu. Bu bizim landşaft üzrə yeni bir hadisə idi və bizim kənd təsərrüfatının inkişafına mane yaradır. Biz yarımquraqlıq landşafta uyğun gələn məhsullar yetişdirməyi düşünürük. 70 % daşqınlar bizə kənardan gəlir. Biz artıq ölkədə su qıtlığı ilə üzləşməkdəyik”.

O qeyd edib ki, digər problem isə turizm sahəsi ilə bağlıdır:

“Azərbaycanda xizək kurortları var. Lakin son illər ərzində buzlaqların əriməsi nəticəsində bu yerlərə gələn turistlərin sayında azalma müşahidə edirik”.

Elnur Əliyev Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin Şərq-Qərb dəhlizi ilə bağlı narahatlıq yaratdığını qeyd edib: “Bu marşrut üzərində olan ölkələr bu infrastruktura vəsait ayırmağa məcbur qalırlar”.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il