Bu ilin yanvar-sentyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 37 milyard 73,042 milyon manat təşkil edib.
Report BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 6,6 dəfə artaraq 60 640 olub.
BFB-nin dövriyyəsinin 81,1 %-i, yaxud 30 milyard 080,607 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 3,5 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 14,7 % azalaraq 5 milyard 269,355 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 66,4 % artaraq 1 milyard 723,080 milyon manat olub.