Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac edilən azot gübrəsinin həcmi məlum olub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Belə ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan 89,9 milyon dollar dəyərində 408 662 ton azot gübrəsi ixrac edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 78,3% (və ya 39,5 milyon ABŞ dolları) və ya 209 954 ton (və ya 105%) çoxdur.
Xatırladaq ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan 50, 4 milyon milyon dollar dəyərində 198 708 ton azot gübrəsi ixrac edib.