Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti COP29 tədbirləri çərçivəsində və Naxçıvanın “Yaşıl enerji” zonası elan olunması ilə əlaqədar “Yaşıl enerji” təşəbbüslərini təbliğ etmək və bu sahədə görülən işləri ictimaiyyətə daha geniş çatdırmaq məqsədilə ölkənin aparıcı media nümayəndələri üçün mediatur keçirir.
Mediatur çərçivəsində jurnalistlər muxtar respublikada qurulan və istismar olunan müxtəlif alternativ və bərpa olunan enerji mənbələri ilə yaxından tanış olacaqlar.