Select your language

Select your language

Energetika

Array
(
    [0] => 1
    [1] => 5
)

İcazəniz yoxdur. İcazə problemi: core.edit

Macarıstan şirkəti Azərbaycanda filial açıb

Macarıstana məxsus “MVM Upstream Private Limited Company” (“MVM Group”un törəmə şirkəti) Azərbaycanda filial açıb.

 Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.

Filial avqustun 30-da DVX-də qeydiyyatdan keçib. Filialın qanuni təmsilçisi Macarıstan vətəndaşı İstvan Nemetdir.

Xatırladaq ki, bu il iyunun 5-də “MVM Group” "Cənub Qaz Dəhlizi" (CQD) QSC-dən “Şahdəniz” layihəsində 5 % və “Azerbaijan Gas Supply Company Limited”dən (AGSC) “South Caucasus Pipeline Company”də (SCPC, Cənubi Qafqaz Boru Kəməri Magistralı) 4 % payın alınması haqqında saziş imzalanıb. Sövdələşmə 2024-cü il avqustun 30-da yekunlaşıb.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), “NİKO” (10 %), “MVM Group” (5 %).

“Şahdəniz” yatağından qaz və kondensat hasilatına 2006-cı ilin dekabrında başlanılıb və hazırda hasilat “Mərhələ-1” çərçivəsində “Alfa” platformasından, “Mərhələ-2” çərçivəsində isə “Bravo” platformasından həyata keçirilir.

Məqalə ID-si: 3004

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il