Select your language

Select your language

Energetika

Azərbaycanda 2030-cu ilə qədər "yaşıl enerji"nin payını 34,7 %-ə çatdırmaq mümkün ola bilər.

Bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

"Ölkəmizdə bərpaolunan enerji güclərinin yaradılması ilk vaxtlardan onların enerji sisteminə inteqrasiyası və şəbəkənin gücləndirilməsi tədbirləri ilə vəhdətdə həyata keçirilir ki, bu da "yaşıl enerji"nin rasional yanaşma əsasında inkişaf etdirildiyini qlobal bərpaolunan enerji sistemində müasir çağırışlar kontekstində daha aydın ifadə edir. Milli şəbəkənin imkanları ABŞ-nin "Tetra Tech", Türkiyənin "EPRA" və İtaliyanın "CESI" şirkətlərinin təhlilləri əsasında hazırda şəbəkənin gücləndirilməsi və bərpaolunan enerjinin maksimum inteqrasiyası istiqamətində müvafiq tədbirlər görülür", - deyə o qeyd edib.

"Bu xüsusda, şəbəkənin gücləndirilməsi tədbirlərinin "Masdar" şirkəti tərəfindən icra edilən 1 QVt gücündə günəş və külək- elektrik stansiyalarının şəbəkəyə qoşulması üçün elektrik verilişi xətlərinin, habelə 500/300 kV-luq "Nəvahi" yarımstansiyasının və əlaqələndirici xətlərin tikintisini ehtiva edən AZURE layihəsinin tərkib hissəsi kimi əsasən Dünya Bankının krediti hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Həmçinin şəbəkənin gücləndirilməsi çərçivəsində 300 MVt gücündə enerji saxlanc sistemlərinin quraşdırılması qarşımızda duran həlli vacib prioritetlərdəndir. Ən son şəbəkə araşdırması göstərir ki, şəbəkənin gücləndirilməsi tədbirləri vasitəsilə 2030-cu ilə əlavə stansiyalar hesabına enerji sistemində bərpaolunan enerji güclərini 2 250 MVt-a və "yaşıl enerji"nin payını 34,7 %-ə çatdırmaq mümkün ola bilər", - deyə nazir əlavə edib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il