Select your language

Select your language

Biznes

2024-cü ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 18,9% artaraq 1 milyon 647,1 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 36,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 15,2 faiz, Gürcüstana gedənlərin sayı 14,3 faiz, Türkiyəyə gedənlərin sayı 12,2 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 42,1 faizi Türkiyəyə, 20,5 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,5 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil edib.

Hesabat dövründə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,8 faizi hava, 28 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il