Select your language

Select your language

Biznes

Milli Depozit Mərkəzi (MDM) 2023-cü ili 69 min manat zərərlə başa vurub. Halbuki, Mərkəz 2022-ci ildən 712 min manat xalis mənfəətlə çıxmışdı.

Ötən il MDM-in əməliyyat gəlirləri 4,759 milyon manat (əvvəlki ilə nisbətən 10,1 % çox), əməkhaqqı xərcləri 2,026 milyon manat (eyni qalıb), sosial ödəmələr üzrə xərcləri 490 min manat (4,3 % çox), amortizasiya xərcləri 415 min manat (25,2 % az), peşəkar xidmətlərə görə xərcləri 217 min manat (2,7 dəfə az), istifadə olunmamış məzuniyyət xərcləri 78 min manat (əvvəlki il olmayıb), sığorta xərcləri 13 min manat (44,4 % çox), əlavə inzibati xərcləri 496 min manat (71 % çox), digər gəlirləri 196 min manat (2,8 dəfə az), digər xərcləri 1,548 milyon manat (əvvəlki il olmayıb), xalis maliyyə gəlirlərii 129 min manat (əvvəlki il xərc olub), yenidən qiymətləndirmə üzrə gəlirləri isə 130 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə Milli Depozit Mərkəzinin aktivləri 9,01 milyon manat olub ki, bu da illik müqayisədə 1,7 % azdır. Hesabat dövründə Mərkəzin öhdəlikləri 3,2 % azalaraq 2,519 milyon manata, balans kapitalı isə 1,1 % azalaraq 6,492 milyon manata düşüb.

Xatırladaq ki, MDM 1997-ci ildə yaradılıb, mərkəzi depozitar olaraq maliyyə bazarlarına nəzarət orqanının təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 2,7 milyon manatdır. Mərkəz ölkə ərazisində qiymətli kağızların saxlanılması, onlar üzərində mülkiyyət və digər hüquqların uçotunu, habelə qiymətli kağızlarla bağlı əqdlərin qeydiyyatını aparan depozitar sisteminin işinin təşkili və əlaqələndirilməsi ilə məşğuldur.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il