Select your language

Select your language

Media və QHT

“Etibarlı hesab etdiyimiz mənbə də bəzən yanıla bilər”.

Bu sözləri media eksperti Aynur Nəsirova Crossmedia.az-ın “Məlumatın dezinformasiya olmadığını necə müəyyən edək?” sualına açıqlamasında bildirib:

“Saxta xəbərləri ayırd etmək üçün ilk iş mәnbәnin etibarlılığını yoxlamaqdır. Növbәti mәrhәlәdə isә informasiyanı yayanın etibarı yoxlanmalıdır. Amma nәzәrә almaq lazımdır ki, etibarlı hesab etdiyimiz mәnbә də bәzәn yanıla bilәr. Buna görә dә növbәti addım yazılı vә vizual faktın – şәkil, video, sәsin araşdırılmasıdır. Xәbәri yayan saytın sonluğu “com.co” tiplidirsә, böyük ehtimal bu, hansısa mәşhur saytın saxta surәtidir. Sosial şәbәkәlәrdә vә ya kiçik bir saytdakı hansısa “şok” xәbәr mötәbәr onlayn mediada yayımlanmırsa, bu xәbәrin saxta olması ehtimalı böyükdür.

Ekspert onu da qeyd edib ki, xәbәr saytının dizaynı primitivdirsә, yalnız böyük hәrflәrdәn istifadә edilir vә yaxud xәbәr saytına uyğun gәlmәyәn ad vә domenlә üz-üzәsinizsә, onun mötәbәr media orqanı olması sual altındadır: "Mәqalәnin müәllifi göstәrilmәyibsә vә yaxud ad tәxәllüs tәsiri bağışlayırsa, xәbәrin etibarlılığına әmin olmaq üçün onu digәr xәbәr saytlarında da axtarmaq lazımdır. Bәzi saytlar hәr bir istifadәçiyә

qeydiyyatdan keçәrәk öz xәbәrini paylaşmaq vә ya saytda öz şәxsi bloqunu açmaq imkanı yaradır. Buna görә dә belә saytlarda “sensasiyalı” xәbәr oxuyan zaman xәbәri hәr hansı istifadәçinin öz şәxsi hesabından paylaşmasına diqqәt etmәk vacibdir. Xәbәri sosial mediada paylaşmaq zәrurәti hiss etdikdә, digәr onlayn mәnbәlәrdәn әlaqәli mәlumatlar axtarmaq, informasiyanı dәqiqlәşdirmәk mütlәqdir".

Media ekspertinin sözlərinə görə “IP” faktoru heç bir halda unudulmamalıdır. "Xәbәr şәxsi mәlumatlarla әlaqәlidirsә, mәqsәd vә etibarlılıqla bağlı diqqәtli olmaq mәslәhәtdir. Bir sözlә, hәr hansı xәbәr bir neçә mәnbәdәn dәqiqlәşdirilmәli, paralel olaraq, bir neçә xәbәr saytı ilә müqayisә aparılmalı, ilk dәfә qarşılaşan sayt vә ya sosial media hesabı ilә bağlı şübhәlәr gözardı edilmәmәlidir.”

Gültac Mehdizadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il