Select your language

Select your language

Media və QHT

Oktyabrın 18-də Audiovizual Şuranın növbəti iclası keçirilib. İclasda audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə bağlı bir sıra müraciətlərə baxılıb.

Şuradan AZƏRTAC-a verilən məlumata görə, Audiovizual Şuranın müvafiq qərarları ilə "ABC-Telecom" MMC-yə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi (xidmət adı: "Kontakt TV") lisenziyaları verilib. Bundan başqa, "SƏSTV" MMC-yə (televiziya redaksiyasının adı: "Səs TV") və "Biznes TV" MMC-yə (televiziya redaksiyasının adı: "Biznes TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub.

Yeni lisenziyaların verilməsindən sonra Azərbaycan Respublikasında audiovizual media subyektlərinin sayı 95-ə (135 lisenziya fəaliyyəti ilə) çatıb. Hazırda Audiovizual Şuradan lisenziya alaraq fəaliyyət göstərən 42 televiziya və 21 radio kanalı, 5 sifarişli yayım xidməti provayderi, 2 multipleks operatoru, 53 platforma operatoru mövcuddur.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il