Şuşada yeni yaşayış binaları tikiləcək və insanların köçürülməsi davam edəcək.
APA-nın verdiyi məlumata görə, bunu Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, Şuşa şəhərində abidələrin bərpa olunması işləri davam edir:
"Bu il Şuşanı xeyli sayda insan ziyarət edib, Şuşaya sakinlərin köçürülməsi həyata keçirilib. Böyük qayıdış proqramına uyğun olaraq bərpa və yenidənqurma işləri davam etdirilir. İnsanların öz doğma yurdlarına köçürülməsi davam etdiriləcək”.