Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusunu alacaq.
Bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə deyib.
Onun sözlərinə görə, MDB liderlərinin Moskva sammitində humanitar məsələlər bloku çərçivəsində Azərbaycanın Laçın şəhərinə 2025-cı ildə, Ermənistanın Mehri şəhərinə 2026-ci ildə, Belarusun Molodeçno şəhərinə isə 2027-ci ildə birliyin mədəniyyət paytaxtı statusunun verilməsi ilə bağlı qərar layihələrini nəzərdən keçiriləcək.
Qeyd edək ki, 2024-cü ildə Özbəkistanın Səmərqənd şəhəri MDB-nin mədəniyyət paytaxtı statusuna layiq görülüb.