Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərinin bu həftə keçirilən matçlarından sonra UEFA klub reytinqi yenilənib.
Azərbaycan təmsilçisi "Qarabağ" AL-in 3-cü turu çərçivəsində Bakıda "Ayaks"la qarşılaşıb. 9 nəfərlə qalan Ağdam təmsilçisi 0:3 hesabı ilə uduzub.
Qurban Qurbanovun komandası UEFA reytinqində “Ferentsvaroş”la 58-ci pilləni bölüşür. Hər iki komandanın hesabında 32,000 xal var.
“Qarabağ” əvvəlki reytinqlə müqayisədə 1 pillə geriləyib. “Qarabağ” klub reytinqində ilk 100-lükdə yer alan yeganə Azərbaycan klubudur.
Qeyd edək ki, sıralamaya 130 xalla "Mançester Siti" liderlik edir.