"Kəpəz" komandası cari mövsümün əvvəli heyətinə qatdığı Keverton Resende ilə yollarını ayırıb.
Bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib.
Braziliyalı yarımmüdafiəçi ümidləri doğrultmadığı üçün onun müqaviləsinə qarşılıqlı şəkildə xitam verib.