Select your language

Select your language

İdman

Galatasaray’da performans gözləntilərini qarşılayamayan və Wilfried Zaha kimi komandada problemlər yaşayan Hakim Ziyech haqqında yeni xəbərlər ortaya çıxıb. Okan Buruk’un planlarında yer almayan mərakeşli cinah oyunçusunun adı bir müddət Körfəz ölkələrindəki klublarla hallansa da, təcrübəli futbolçu qərarını dəyişərək daha fərqli bir istiqamətə yönəlməyi planlaşdırır.

Son olaraq Young Boys qarşılaşmasında oyundan əvəzləndiyi üçün məyus olan Ziyech, “gedirəm” demiş, ancaq bu zamana qədər yeni bir klubla razılığa gələ bilməmişdi. Lakin indi mərakeşli futbolçunun gələcəyi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Ziyech, bu mövsüm Okan Burukun əsas heyət planlarına daxil edilmədiyi üçün komandadan ayrılma istəyini açıq şəkildə bildirib. Futbolçunun Galatasaray-la imzaladığı müqavilədə “rəsmi matçların 50 faizində iştirak edərsə, müqaviləsi bir il uzadılacaq” bəndi var. Ancaq alınan məlumatlara görə, klub bu variantın aktivləşdirilməsinə icazə vermək niyyətində deyil.

Qış transfer pəncərəsində Ziyech’in komandadan ayrılması artıq qaçınılmaz kimi görünür. Hətta mərakeşli futbolçu, Instagram hesabından Galatasaray-la bağlı bütün paylaşımlarını silərək, bu iddiaları daha da gücləndirib.

Ziyech’in adı Qətər klubları ilə hallansa da, indiyə qədər heç bir klubla razılığa gələ bilməyib. Bununla yanaşı, futbolçunun adı hələ də Galatasaray-ın UEFA-ya təqdim etdiyi siyahıda yer alır. Galatasaray forması ilə indiyə qədər bütün turnirlərdə 27 oyun keçirən Ziyech, bu oyunlarda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Son məlumatlara görə, Ziyech ABŞ-dan gələn təkliflərə müsbət yanaşır və fasilədə komandadan ayrılma ehtimalı getdikcə yüksəlir. Onun Galatasaray ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq və bazar dəyəri hazırda 7 milyon avro olaraq qiymətləndirilir.

31 yaşlı mərakeşli futbolçunun gələcəkdə hansı klubda forma geyinəcəyi maraqla gözlənilir. Lakin bir şey dəqiqdir: Ziyech’in Galatasaray-da qalmaq ehtimalı getdikcə azalır.

Səbinə Vahidova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il