Select your language

Select your language

İdman

İran idmançısı Fatimə Keşavər İspaniyada “yoxa çıxıb”.

Crossmedia.az  İSNA-ya istinadən xəbər verir ki, bu barədə İran Ağır Atletika Federasiyasının başçısı Səcad Anuşirvani bildirib.

Onun sözlərinə görə, Fatimə Keşavərz İranın gənclərdən ibarət komandasının üzvüdür. O, komanda yoldaşları ilə birlikdə oteldə qalıb. Sonra oteli tərk edib. “Fatimə Keşavərzinin getdiyi yerdən heç kimin xəbəri yoxdur”, - federasiya başçısı vurğulayıb.

Məlumata görə, İspaniyada ağırlıq qaldırma üzrə dünya çempionatı keçirilir. F. Keşavərz 71 kq-dək çəki dərəcəsində yarışıb. İran idmançıları Fatimə Keşavərz və Reyhanə Kərimi uyğun olaraq 210 və 203 kq qaldırıb. Keşavərz 8-ci, Kərimi isə 13-cü yerə tutub.

İran idmançılarının xaricdə “yox olması” ilk hadisə deyil. Yekta Camali adlı ağır atlet Yunanıstanda keçirilən tədbirdə İrana dönməkdən imtina edib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il