Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında böyük gimnastların mübarizəsinə start verilib.
Milli Gimnastika Arenasında təşkil edilən turnirin ikinci günündə ilk olaraq qadınlardan ibarət 8 kollektiv “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut) üzərində güclərini yoxlayıb.
Çıxışlardan sonra onlar arasında ilk finalçılar bəlli olub. Ən yaxşı nəticəni 53.950 xalla İsveç komandası göstərib. İslandiya 53.250, Danimarka 51.200, Norveç 48.750, Böyük Britaniya 48.550, Finlandiya isə 47.900 xalla həlledici mərhələyə vəsiqə qazanıb.
Bu gün, həmçinin kişilər və qarışıq komandalar 3 alət üzrə qüvvələrini sınayacaqlar. Kişilərdə 8, qarışıq komandalarda isə 10 ölkə mübarizə aparacaq. Azərbaycanı yarışda yalnız kişilərdən ibarət kollektiv təmsil edəcək.
Qeyd edək ki, 14 ölkədən 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla, ümumilikdə 498 idmançının iştirak etdiyi turnirə oktyabrın 19-da yekun vurulacaq.
Məqalə ID-si: 2046
Bakıda növbəti finalçılar müəyyənləşib