Azərbaycan stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərində keçirlən “WTT Youth Contender” turnirində bürünc medal qazanıblar.
Stolüstü Tennis Federasiyasından "Report"a verilən məlumata görə, Rüstəm Hacılı - Aylin Əsgərova tandemi qarışıq qoşa, Onur Quluzadə ilə Yağmur Məmmədli isə şəxsi yarışda üçüncü yeri tutublar.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Azərbaycan, İngiltərə, İtaliya, Polşa, Slovakiya, Rumıniya, Çin, Cin Taypeyi, Honq Konq, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İran, İraq, Filippin, Hindistan, Malaziya, Şri Lanka, Qətər, Benin, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İordaniya, Fələstin, Avstraliya, Misir və Nigeriya idmançılarının qatıldığı yarışa oktyabrın 17-də yekun vurulacaq.