“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Azərbaycan təmsilçisi səfərdə İsveçrənin “Bazel” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Matçı xorvatiyalı hakim Patrik Kolariç idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 6-da Bakıda təşkil olunacaq. Bu cütün qalibi 3-cü mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) duelinin güclüsü ilə üz-üzə gələcək.