Oktyabrın 28-də Sumqayıtın bir hissəsində içməli suyun verilişində fasilə yaranacaq.
Bu barədə Sumqayıt Sukanal idarəsi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran d450mm-lik su kəmərində təmir bərpa işləri aparılacaq.
Bununla əlaqədar olaraq oktyabrın 28-də səhər saat 09:00-dan axşam saat 22:00-a qədər kəmərin su ilə təmin etdiyi, Qızıl qum, Köhnə Corat qəsəbələrinin bir hissəsi, Bağlar ərazisi və 9-cu mikrorayon ev 72, 73, 74, 75 ünvanlarında suyun dayandırılması nəzərdə tutulub.