Oktyabrın 22-də gecə saatlarında aramsız yağıntının yarada biləcəyi fəsadların aradan qaldırılması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-nin aidiyyəti struktur bölmələri gücləndirilmiş iş rejimində çalışır.
Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən (ADY) məlumat verilib.
Bildirilib ki, əlverişsiz hava şəraitinə baxmayaraq, həm Abşeron dairəvi dəmir yolu marşrutu, həm də ölkədaxili istiqamətlərdə hərəkət edən sərnişin qatarlarının hərəkətində gecikmə qeydə alınmayıb.