Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib.
Crossmedia.az nazirliyə istinadən xəbər verir ki, qəbulda həm də Yevlax rayonunun sakinləri iştirak edib.
Onların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Nazir müraciətlərin qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.