Getdikcə artmaqda olan nəqliyyat qəzalarının əsas səbəbləri kimi sürücülərin diqqətsizliyi əsas götürülür. Bu kimi halların gün keçdikcə daha da çoxalması artıq bir növ vərdiş halını almış kimi görünür. Bu diqqətsizliyin nəticəsində ölən və yaralananların sayı əllə sayılmayacaq qədərdir. Bəzi sürücülər isə sadəcə yol qaydalarına riayət etməməklə qalmayıb, digərlərini də buna sövq edirlər. İşıqfor və keçidlərdən istifadə bu kimi halların qarşısını sadəcə almaqla qalmır, həyati risklərində azalmasına kömək edir. Qış aylarında qəza halları ilə daha çox rastlaşırıq. Buna səbəb isə yolların buzlu və sürüşkən olmasıdır. Avtomobil və avtobus sürücülərinin məsələyə münasibəti nisbi olub.
Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev Crossmedia.az-a açıqlamasında bildirir ki, sürücülərin 90 faizi hələ də yol qaydalarını bilmir. Əlavə olaraq qeyd edir ki, baxmayaraq ki, COP29 üçün çəkilmiş zolağın hələ açıq deyil, sürücülər indidən həmin zolaqdan istifadə edirlər.
Ekspertin sözlərinə görə, kişi sürücülər qadın sürücülərə nisbətdə qaydalara daha diqqətli yanaşır, daha az qəza törədirlər.
Ləman Məmmədova