Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən, fiziki şəxs Allahverdiyev Ceyhun Cəbrayıl oğluna məxsus “377” dönərxanasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, iaşə obyektinin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, döşəmə, tavan və divar səthlərinin təmirsiz olduğu, müvafiq təmizlik işlərinin aparılmadığı və qida məhsullarının uyğun temperatur rejimində saxlanması üçün müvafiq şəraitin təmin edilmədiyi aşkarlanıb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.